• 01.07.2022 01:54

“Türkiyə heç vaxt suriyalı qaçqınları öz ölkələrinə qayıtmağa məcbur etməyəcək”.

May 12, 2022

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankarada keçirilən toplantısında çıxış edərkən söyləyib.

Suriyalı qaçqınların öz istəkləri ilə qayıtmaq istəyəndə onsuz da qayıdacaqlarını bildirən dövlət başçısı vurğulayıb ki, Türkiyə onları heç vaxt güc yoluyla düşmənə təslim etməyəcək.

“İraqda, Suriyada və ya başqa yerlərdə təqib və müharibədən qaçıb ölkəmizdə sığınacaq axtaranlar qonaqlarımızdır. Əgər könüllü qayıtmaq istəsələr, qayıda bilərlər, əks halda qapılarımız qaçqınların üzünə açıq qalacaq. Müdafiəyə ehtiyacı olanlara ev sahibliyi etmək türk ənənəsinin bir parçasıdır”, – Ərdoğan əlavə edib.