• 03.12.2022 13:30

Alyans sədri, Cənubi Qafqaz regionunda pst-müharibə dövründə hesabatların verilməsində beynəlxalq təşkilatları əməkdaşlığa çağırıb

Okt 17, 2022
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova Human Rights Watch”un rəhbəri James F. Hogeye .əməkdaşlıqla bağlı məktub ünavanlayıb.
Məktubda Cənubi Qafqaz regionunda münaqişədən sonrakı vəziyyətlə bağlı hesabatların verilməsində obyektivliyi təmin etmək üçün əməkdaşlığa çağırılıb.
Məktubda deyilir: “Dünyada aktiv münaqişələrin həll olunmamasının və ya dondurulmasının əsas səbəblərindən biri də bəzi dövlətlərin və beynəlxalq təşkilatların ikili standart mövqeyidir.
 Regional münaqişələrə şəxsi maraqlara və ambisiyalara əsaslanan yanaşma bəzi təşkilatların fəaliyyətində açıq şəkildə özünü göstərir.
Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson erməni əsgərlərinin öldürülməsini “müharibə cinayəti” adlandırıb.
Erməni hərbi əsirlərin öldürülməsi ilə bağlı həmin əsassız iddialar qərəzlidir və həqiqətə uyğun deyil.”
Human Rights Watch Prezidenti Federico Villegasa ünvanlanan məktubda Alyans sədri qeyd edib ki, Ermənistanın 30 il ərzində, eləcə də 2020-ci ilin 44 günlük müharibəsi zamanı törətdiyi çoxsaylı hərbi cinayətlər, bu cinayətlərin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı Human Rights Watch təşkilatnın səssiz yanaşması təəcüb doğurur.
 Ermənistanın 30 il ərzində minaladığı Azərbaycan ərazilərdə hər gün dinc sakinlər həyatını və ya sağlamlıqlarını itirir. Bununla bağlı biz Human Rights Watch-a saysız-hesabsız məlumatlar göndərilir.
Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncənin dinc sakinlərinə amansız hücumundan 2 il ötür. Raket hücumunun günahsız qurbanı olan uşaqlar da daxil olmaqla 15 mülki şəxs həyatını itirib.”
Məktubda Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq müvafiq beynəlxalq təşkilatları, o cümlədən Human Rights Watch-u Cənubi Qafqaz regionunda münaqişədən sonrakı vəziyyətlə bağlı hesabatların verilməsində peşəkarlığı təmin etmək üçün əməkdaşlığa çağırıb.