• 02.06.2023 14:06

Leyla Abdullayeva Fransaya səfir göndərildi

Okt 17, 2022

Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Operativ.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, L. Abdullayeva bu təyinata qədər, 2018-ci ildən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsini icra edib.